Ümumdünya Qızıl Şurası Suriya Mərkəzi Bankına istinadən 2011-ci ilin iyun ayına kimi Suriyanın qızıl ehtiyatlarının 25,8 ton olduğunu bildirdi.

İndex.az xəbər verir ki, “Reuters”in hesablamalarına görə, bu məbləğ indiki bazar qiyməti ilə 2,2 milyard dollar təşkil edir.

Bununla belə, “Reuters”ə danışan bir mənbə bankın valyuta ehtiyatlarının yalnız 200 milyon dollar nağd olduğunu, başqa bir mənbə isə onun ABŞ dolları ehtiyatının yüz milyonlarla olduğunu bildirib.

Suriyanın hazırkı və keçmiş rəsmiləri bildiriblər ki, dollar ehtiyatları demək olar ki, tükənib, çünki Əsəd rejimi bu ehtiyatları qida və yanacağa xərcləmək və Əsədin müharibə səylərini maliyyələşdirmək üçün istifadə edib.