EN

Azərbaycanda yük və sərnişin daşımaları artıb

Bakı. Trend:

Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fizikişəxslər tərəfindən 2024-cü ilin yanvar-noyabr aylarında 213,7milyon ton yük və 1870,5 milyon sərnişin daşınıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə yükdaşınması 3,3 faiz, sərnişin daşınması isə 8,0 faiz artıb.

Yüklərin 59,4 faizi avtomobil, 28,8 faizi boru kəməri, 7,9 faizidəmir yolu, 3,7 faizi dəniz, 0,2 faizi isə hava nəqliyyatı ilədaşınıb. Sərnişinlərin 88,2 faizi avtomobil, 11,2 faizi metro,qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Chosen
7
2
az.trend.az

3Sources