EN

Sabunçu MKTİ-də Anar Qalayevin idarəçilik sistemi -Ölü canlar və süpürgəçilərin artan kvadratmetri...

SabunçuSon aylar vətəndaşların və işçilərin ən çox şikayət etdikləri qurumlardan biri də Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsidir...Redaksiyamıza daxil olan məlumata görə, Anar Qalayevin rəis olduğu Sabunçu Rayon Kommunal Təsərrüfatı İdarəsində xeyli sayda adı olub, özü olmayan “işçilər”in mövcud olduğu iddia edilir. Həmin işçilərin adına yazılan əmək haqqı bir nəçə vəzifəli şəxs arasında bölünür. Bildirilir ki, məhz “ölü canlar”ın artması hesabına Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsində gündəlik küçələrin təmizliyi üçün işə çıxan işçilərin süpürməli olduqları ərazinin kvadratmetri artırılıb. Anar Qalayev iki nəfərin süpürməli olduğu ərazini bir işçiyə tapşırsa da, onların əmək haqqlarında hər hansı artım yoxdur.Məlumata görə, Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsi rəhbərliyinin əsas qazancından biri də hər ay fərdi yaşayış evlərindən, ticarət və iaşə obyektlərindən yığılan zibil pullarıdır. Bakı şəhər İcra Hakimiyyətinin yığılan zibil pullarına nəzarəti artırmasına baxmayaraq fərdi yaşayış evlərindən, ticarət obyektləri və iaşə oyektlərindən alınan zibil pulunun böyük hissəsi sənədləşdirilmir və bu pulların Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsi rəhbərliyinə çatdığı iddia olunur.Qeyd edək ki, Sabunçu rayon mərkəzi küçələrindən başqa, digər küçələr daimi zibilliklər içərisindədir. Kommunal Təsərrüfatı İdarəsi rəisinin digər qazancının isə ildə bir neçə dəfə keçirilən tenderlər olduğu deyilir. İcra başçısı Adil Vəliyevin sevimli kadrı kimi tanınan Anar Qalayevin tenderlərə görə, faiz aldığı bildirilir.Qeyd olunan ittihamlarla bağlı Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsinə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, KTİ-nin fəaliyyəti mövcud qanunvericilik və normativlərə uyğun təşkil olunub.(azfakt.com)

Chosen
38
2
yenisoz.az

3Sources