EN

Kişi voleybolçular arasında Azərbaycan çempionatında III tura bir oyunla start verilib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III tura start verilib.

"Neftçi" MOİK-lə üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan qarşılaşma birincilərin qələbəsi ilə yekunlaşıb - 3:0 (25:12, 25:19, 25:18).

Bu nəticədən sonra xallarının sayını 5-ə çatdıran "Neftçi" üçüncü pillədə qərarlaşıb. Sonuncu sıradakı MOİK-in xalı yoxdur.

Dekabrın 18-də iki matç təşkil ediləcək. Saat 15:00-da Fövqəladə Hallar Nazirliyinin idman zalında “Xilasedici” "Azərreyl"i qəbul edəcək. İki saat sonra "Gənclər" və “Murov Az Terminal” münasibətlərə aydınlıq gətirəcəklər.

Chosen
17
14
cbcsport.az

10Sources