EN

Son 40 ilin ən qeyri-populyar baş naziri

Britaniyanın Baş naziri Kir Starmer “Downing Street”də keçirdiyi cəmi beş ayın sonunda 1970-ci illərin sonlarından bəri ən qeyri-populyar Baş nazir olub.

 

Modern.az xəbər verir ki, noyabrın 27-dən dekabrın 4-dək aparılan sorğu nəticələrinə əsasən seçicilərin 61 faizi Kir Starmerin fəaliyyətindən narazıdır, cəmi 27 faizi isə razı olduğunu bildirib. Bu nəticələr Baş nazirin xalis məmnunluq reytinqini mənfi 34 səviyyəsinə endirib. “Ipsos” qeyd edir ki, bu rəqəm agentliyin Marqaret Tetçer dövründən bəri apardığı ölçmələrdə beş ay ərzində qeydə alınan ən pis nəticədir.

 

Kir Starmer üçün Baş nazirlik dövrünün ilk ayları çətin sınaqlarla yadda qalıb. Bu müddət ərzində onun və həyat yoldaşının pulsuz aldığı hədiyyələrlə bağlı qalmaqal, 10 milyon pensiyaçı üçün qış yanacaq ödənişinin ləğvi, vergiləri 40 milyard funt artıran büdcə xüsusilə narazılığa səbəb olub.

 

“Ipsos”un məlumatına görə, Qordon Broun siyahıda ikinci ən qeyri-populyar Baş nazir olub. Rişi Sunak isə 2023-cü ildə əldə etdiyi mənfi 22 xalis reytinqi ilə üçüncü yerdədir.

Chosen
5
2
modern.az

3Sources