EN

Daha az yanacaq sərf etmək üçün bu məqamlara DİQQƏT EDİN - VİDEO

Niyə bəzi sürücülər avtomobil idarə edərkən digərlərindən daha az benzin sərf edirlər? 

Bunun üçün hər kilometrə görə 34 qəpik qənaət edə biləcəyimiz bir sıra məqamlara əməl etmək lazımdır. Normal sürətlə hərəkətdə olarkən tez-tez zolaq dəyişiriksə bu zaman daha çox benzin sərf etmiş oluruq. Ona görə də ehtiyac olmadığı halda zolaq dəyişdirməmək lazımdır.

İkincisi maşını yavaş və sabit sürətlə idarə etmək lazımdır. Bu halda avtomobil idarə etmək əyləci çəkmək və sürət həddini aşmaqla müqayisədə 100/50 benzin sərfiyyatını azaldacaq.

Üçüncüsü sükan arxasındaykən kondisionerdən istifadə etmək əvəzinə avtomobilin şüşələrini açmaq yanacağa qənaət etməyimizə kömək olacaq.

Dördüncüsü tələsmirsinizə 60 ilə 90 km/saat sürətlə avtomobili idarə etməyiniz daha az yanacaq sərf etməyinizə kömək olacaq. 

Beşincisi maşının yük yerinə əlavə yüklər yerləşdirməyin. Bu, 100/10 daha az benzin sərf etməyinizə yardım edəcək. 

Altıncısı maşının təkərləri üçün 2,5 daxili təyziqdə tənzimləmək yanacağa qənaət etməyimizə kömək edəcək. 

Nərmin

Chosen
38
avtosfer.az

1Sources