EN

"BRAVO CLUB" istifadəçiləri “Qonağımız olun”da!

BRAVO marketlər şəbəkəsi müştəri məmnuniyyətini artırmaq və onların fikirlərini daha da yaxından dinləmək məqsədilə "QONAĞIMIZ OL" layihəsini uğurla həyata keçirməkdə davam edir.

FED.az xəbər verir ki, layihə çərçivəsində, müştərilər, BRAVO-nun İdarə Heyəti ilə birbaşa əlaqə quraraq öz irad və təkliflərini bildirir. Bu dəfəki xüsusi qonaqlar isə BRAVO CLUB loyallıq proqramının istifadəçiləri oldu.

BRAVO CLUB loyallıq proqramı çərçivəsində təklif olunan məhsul çeşidləri, endirim dərinlikləri, tətbiqdən istifadə zamanı təqdim olunan 6%keşbek kampaniyası ətraflı izah olundu.

Əlavə olaraq 18 yanvar 2025-ci il tarixinədək davam edəcək SUPER 5 lotereyasının ikinci mövsümünün iştirakçısı olmağın üstünlüklərindən, şərtlərin sadəliyindən, lotereya iştirakçılarının əldə edə biləcəyi hədiyyələr barəsində detallı məlumatlar təqdim edildi.

Mütəmadi olaraq təşkil olunan bu görüşlər, həm müştəri məmnuniyyətinin artırılmasına, həm də şirkətin xidmət keyfiyyətinin yüksəldilməsinə böyük töhfə verir.

Sonda layihə iştirakçılarına BRAVO BREND məhsulları olan OLUNA qarğıdalı yağı, Femilea yumru düyü hədiyyə olundu.

BRAVO baş ofisində “Qonağımız olun” layihəsi mütəmadi olaraq keçiriləcək. Görüşdə iştirak etmək istəyən hər kəs sosial şəbəkə hesablarından ətraflı məlumat əldə edə və ya *2266 qaynar xəttinə zəng vura bilər.

Chosen
22
fed.az

1Sources