EN

NYT: Bəzi ABŞ konqresmenləri nüvə silahının istifadəsini dəstəkləyir

Bir sıra amerikalı konqresmen başqa ölkələrdən hücum olarsa, ABŞ prezidentinin Konqresin razılığı olmadan nüvə silahından istifadə etməsini müdafiə edirdi.

Bu barədə "The New York Times" yazıb.

Qəzetin yazdığına görə, yanvar ayında ABŞ Nümayəndələr Palatasında və Senatda işə başlayacaq 530 konqresmen arasında sorğu keçirilib. Onlardan prezidentin qabaqlayıcı nüvə zərbəsi endirmək üçün “birtərəfli hüququnu” dəstəkləyib-dəstəkləmədikləri və Konqresin razılığı olmadan prezidentin başqa ölkənin “nüvə hücumuna cavab verə bilməsi” ilə razılaşdıqlarını soruşublar.

Sorğunun bir hissəsi olaraq konqresmenlərdən ABŞ seçkilərində qalib gələn Donald Trampın bu səlahiyyətlərə sahib ola biləcəyinə dair nə dərəcədə rahat olduqlarını qiymətləndirmələri də istənilib.

Chosen
40
aznews.az

1Sources