EN

Özbəkistanda üç şir qəfəsdən qaçaraq zoopark işçisini dişləyib » AzadMedia.az


Özbəkistanda üç şir qəfəsdən qaçaraq zoopark işçisini dişləyib.
Daşkənd vilayətinin Parkent rayonunda “Lion Park” zooparkında şirlər qəfəsdən çıxaraq mühafizəçiyə hücum ediblər.
Regional polisin məlumatına görə, hadisə səhər saat 05:00 radələrində baş verib. Bir məhəllədə olan üç şir hasara alınmış ərazidən qaça bilib. Bu zaman zoopark ziyarətçilər üçün bağlı idi.
Heyvanlar onları yenidən qəfəsə qovmağa çalışan 44 yaşlı mühafizəçiyə hücum edib. Hücum nəticəsində kişi ölümcül xəsarətlər alıb.
Özbəkistan Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, saat 09:00-da trankvilizatorların köməyi ilə iki şir yenidən qəfəsə gətirilib, üçüncü şir yerli ovçu tərəfindən güllələnməli olub. Səlahiyyətlilər əmin ediblər ki, yerli əhali üçün heç bir təhlükə yoxdur və mühafizəçidən başqa zooparkın ziyarətçilərindən və işçilərindən heç kim xəsarət almayıb.

Hadisədən sonra zooparkın əməkdaşları parkın ərazisindəki bütün yırtıcıları yoxlayıblar. Təsdiq olundu ki, bütün heyvanlar öz qəfəslərindədirlər, hazırda qəfəslər diqqətlə yoxlanılır və etibarlı şəkildə bağlanır.
Chosen
22
1
azadmedia.az

2Sources