Abşeron rayonu, Xırdalan şəhəri, 2 saylı tam orta məktəbdə baş verən özbaşınalıqlar haqda təhsil ocağının riyaziyyat müəllimi Vəfa Həziyeva özü danışıb. İşlədiyi məktəbdəki qanunsuzluqlara səsini çıxardığına görə azad edilən Vəfa Həziyeva sona qədər mübarizə aparacağını deyib.
News365.az yazır ki, jurnalistlÉ™rÉ™ açıqlama verÉ™n riyaziyyat müəllimi, mÉ™ktÉ™bin direktoru Gülnaz KÉ™rimovanın qanunsuz bir mühit yaratdığını söylÉ™yib. Onun dediyinÉ™ görÉ™, ilk növbÉ™dÉ™ mÉ™ktÉ™bin sanitar qovÅŸağı bÉ™rbad vÉ™ziyyÉ™tdÉ™dir vÉ™ sanitariyadan söhbÉ™t belÉ™ gedÉ™ bilmÉ™z. MüəllimÉ™ bildirib ki, ÅŸagirdlÉ™rin sanitar qovÅŸaqdan istifadÉ™ edÉ™ bilmÉ™mÉ™si mÉ™sÉ™lÉ™sini qaldırdığı üçün iÅŸindÉ™n çıxarılıb.Â
Bundan əlavə, Vəfa Həziyeva məktəbdə "ölü can"lar olduğunu iddia edib. Qeyd edib ki, 147 belə" ölü can" var. Yəni direktor Gülnaz Kərimova adı gedən, özü olmayan şəxslərin maaş kartlarını özündə saxlayır. Həmçinin, müəllimə deyib ki, dövlət jurnalına müdaxilə edilib, başqa müəllimlər onun yerinə qiymət yazmağa məcbur olunub. Bu da direktorun təzyiqi və diqtəsi ilə baş tutub. Eyni zamanda, yuxarı siniflərdə qiymətləndirmə cədvəlinə müdaxilələr olunub. Bir sözlə, 2 saylı məktəbdə anarxiyadır və direktor Gülnaz Kərimova öz "qanun"larını həyata keçirir. Şikayətçi bununla bağlı Baş Prokurorluğa və digər qurumlara müraciət edib. Ümumiyyətlə, Abşeron məktəblərində yaşanan neqativ hallara rəvac verən yerli təhsil idarəsi rəhbəri İlhamə Abdullayevadır. Onun idarəçiliyi məktəblərdə tamamilə xaos, rüşvət, özbaşınalıq yaradıb. Dəfələrlə digər məktəblərdən də şikayətlər olub. Lakin heç bir tədbir görülmür.