EN

“Qazprom”un səhmləri 16 illik minimum dəyərinə düşüb

Aİ-nin Rusiya qazının Ukrayna ərazisindən tranzitinin uzadılmasında maraqlı olmadığı barədə xəbərlər fonunda “Qazprom”un səhmləri kəskin ucuzlaşıb.

"Sherg.az" NextaTv-yə istinadən xəbər verir ki, səhmin qiyməti 2,41% azalaraq hər səhmə görə 1,017 dollar təşkil edib ki, bu da 2009-cu ilin yanvarından bəri ən aşağı səviyyədir. 

Qeyd edilir ki, Kiyev və Moskva arasında mövcud tranzit sazişinin müddəti bu ilin sonunda başa çatır və tərəflərdən heç biri onu yeniləməyi planlaşdırmır.
Chosen
16
sherg.az

1Sources