EN

Deputatın maşınına bomba qoyuldu- ŞOK

Naməlum şəxs Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolovun avtomobilində bomba qoyduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə "Baza" Teleqram kanalı məlumat yayıb.

"Mənbələrin bildirdiyinə görə, naməlum şəxs təcili xidmətə zəng edərək Kartapolovun avtomobilini partlatmaq üçün işə götürüldüyünü bildirib. Zəng edən şəxs maşının altına bomba qoyduğunu bildirib, lakin sonra zəng edərək partlayışla bağlı xəbərdarlıq edib”, - deyə telekanal bildirib.

Qeyd olunur ki, hazırda deputatın Rujeynidə dayanmış avtomobili mütəxəssislər tərəfindən yoxlanılır, Rusiya Qvardiyası və polis əməkdaşları hadisə yerindədir.
Chosen
27
14
sherg.az

10Sources