EN

Avropa Superliqasının adı dəyişdiridi

style='margin-bottom:10px;'>

Avropa Superliqasının adı dəyişdirilib.

QOL.az xəbər verir ki, bu barədə İngiltərənin “The Telegraph” qəzeti turniri təşkil edən A22 şirkətinin bəyanatına istinadən məlumat yayıb.

Hələlik bir oyunu belə keçirilməyən yarışın adı Birlik Liqası (orijinalda adı Unify League) adlandırılıb.

A22 şirkəti bildirib ki, UEFA-dan yarışın keçirilməsi üçün icazə istəyəcəklər. Onlar hesab edirlər ki, UEFA Avropa məhkəmələrinin 2023-cü ilin dekabrında çıxardığı qərara uyğun olaraq bunu etməyə borcludur. Təşkilatçılar turnirə 2025-ci ildə başlamaq istəyirlər.

Turnirin reqlamentinə əsasən, yarış üç divizion olmaqla dörd liqada (Ulduzlar Liqası-Qızıl Liqa, Mavi Liqa, Birləşmiş Liqa) təşkil olunacaq və orada 96 klub çıxış edəcək.

İlk divizionda 32 komanda (hər birində 16 olmaqla iki qrupa bölünür), digər liqaların hər birində isə 32 komanda mübarizə aparacaq.

Hər diviziondan iki komanda olmaqla ümumən 8 komanda 1/4 finala yüksələcək. Bu mərhələ iki, yarımfinal və final isə bir matçdan ibarət olacaq. 1/2 və final görüşləri neytral meydanda təşkil ediləcək.

Yarış şirkətin vahid platforması vasitəsilə Netflix-ə bənzər modelə malik proqram vasitəsilə yayımlanacaq. Abunəçilər nisbətən yüksək səviyyəli reklam məzmunlu oyunlara pulsuz baxa və ya reklamı aradan qaldıran abunə haqqı ödəyə biləcəklər.

2023-cü il dekabrın 21-də Avropa Məhkəməsi FİFA və UEFA tərəfindən klubların Superliqada iştirakına qadağa qoyulmasını qeyri-qanuni elan edib. Məhkəmə FİFA və UEFA-nın qərarlarının Avropa qanunlarına zidd olduğunu bildirib. UEFA daha sonra bəyan edib ki, məhkəmənin bu qərarı Superlqanın təsdiqi anlamına gəlmir.

Chosen
15
1
teleqraf.com

2Sources