EN

Polşa Ukraynanın NATO-ya üzv olmasına kömək edəcəyinə SÖZ VERDİ

Polşanın baş naziri Donald Tusk Ukraynanı bir günə NATO-ya qəbul edəcəyini deyib.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu sözləri polşalı baş nazir Lvovda Ukrayna lideri Volodimir Zelenski ilə görüşündən sonra deyib.

Tuskun sözlərinə görə, Ukrayna Şimali Atlantika Alyansına üzvlüklə bağlı həmişə Polşanın dəstəyinə arxalana bilər.

“Burada heç nə dəyişməyəcək. Polşadan asılı bir şey olsaydı, bu, bir gündən çox davam etməzdi”, - baş nazir Polşa televiziyasına deyib.

O, həmçinin Ukraynanın NATO-ya daxil olması məsələsinin tezliklə həll edilməsi üçün Polşa diplomatiyasını cəlb edəcəyinə söz verib.

QAZİLER.AZ

Chosen
10
qaziler.az

1Sources