EN

AVRO-2026: Millimiz heç-heçə ilə başladı

Bu gün AVRO-2026-nın əsas mərhələsi çərçivəsində Azərbaycan millisi ilk oyununu keçirib.

90deqiqe.Az-ın məlumatına görə, yığmamız Bakı idman Sarayında İsveçlə qarşılaşıb.

Vitali Borisovun baş məşqçisi olduğu millimiz matçdan 3:3 hesablı bərabərliklə ayrılıb.

Qeyd edək ki, yığmamız V qrupdakı növbəti görüşünü gələn il yanvarın 31-də Xorvatiyaya qarşı keçirəcək.

Azərbaycan – İsveç (1:1) 3:3

AÇ-2026. Əsas mərhələ. V qrup

17 dekabr. Bakı idman Sarayı. Saat 20:00

Hakimlər: Aslan Qalayev, Turekhan Tursumbayev, Nurlybek Kalimaganbetov

(Hakimlər briqadası Qazaxıstandandır)

Timekepeer: Anar Fərəcov (Azərbaycan)

Hakim-inspektor: Stefan Veber (Almaniya)

UEFA nümayəndəsi: Zoran Dimiç (Serbiya)

Qollar: Oktay Rüstəmli, 1:17, 39:58, Xəzər Ağalızadə, 22:47 // Hampus Furublad, 13:28, Fredrik Soderqvist, 33:52, Bryan Yohansson, 37:06

Sarı vərəqələr: Ülvi Əliyev, 38:40 // Noraldin Azizi, 39:58

Chosen
31
90deqiqe.az

1Sources