EN

Metronun bu stansiyalarında sıxlıq ifrat dərəcədə olur - RƏSMİ AÇIQLAMA

"Bakı Metropolitenində sərnişin sıxlığının bəzi hallarda ifrat formasında müşahidə edə bilirik. Bu, səhər saatlarında əvvəllər bir qayda olaraq "Koroğlu", digər istiqamətdən isə "20 Yanvar" stansiyalarında xüsusi sərnişin sıxlıqları olurdu. Hazırda məsələn, tək "Koroğlu" deyil, artıq "Qara Qarayev", "Neftçilər", hətta "Xalqlar dostluğu" və "Əhmədli" stansiyalarında da sərnişin sıxlığı müşahidə olunur. Sadəcə bunun ən ifrat forması "Koroğlu" stansiyasında olur. Digər tərəfdən isə "Memar Əcəmi", "İnşaatçılar" stansiyalarında xüsusi sıxlıqlar yaranır. Günorta və axşam saatlarında ən çox sərnişin sıxlığı müşahidə olunan stansiyalar "28 May", eyni zamanda "Elmlər Akademiyası", "Nəriman Nərimanov" və "Gənclik" stansiyalarında sərnişin axını kifayət qədər qədər çox olur".

Avtosfer.az xəbər verir ki, bu sözləri Redaktor.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov son günlər metroda baş verən sıxlıq və intervalların çoxluğunu şərh edərkən deyib. Onun sözlərinə görə, bəzi stansiyalarda, xüsusən səhər və axşam pik saatlarında sərnişin sıxlığı ifrat səviyyədə müşahidə olunur:

"Bakı Metropoliteninin bəlli buraxıcılıq qabiliyyəti var. Məsələn, qatarlar baş və orta vaqon olmasından asılı olaraq 315-330 arası sərnişin tutumuna malikdir. Yəni Bakı Metropoliteninin yaşıl, qırmızı xətlərində bu beş vaqonluq qatarlar hərəkət edir. Əfsuslar olsun ki, vaqonların sayını artırmaq qeyri mümkündür və eyni zamanda Bakı Metropoliteni xətlərində "28 May" arasında əsas olmaqla gur saatlarda iki dəqiqəlik intervalla tənzimlənir. Lakin bax bu dediyimiz sıxlıqlar nəticəsində Bakı Metropolitenində qatarın stansiyada normadan artıq dayanması halları müşahidə olunur. Yəni sərnişin sıxlığı varsa, qatar "28 May" stansiyasına eyni sürətlə daxil olmur. Çünki sərnişin təhlükəsizliyi çox vacibdir. Bundan da əlavə olaraq bir qatar stansiyanı tərk etmirsə, arxadakı qatar da mütləq qaydada onu gözləməlidir. Bəzi hallarda qatarda qəfil əyləcləmə baş verir. Bakı Metropolitenin müxtəlif sahələrində sürət hədləri var. Qatar həmin sahəni 60 km/saat sürətlə qət etməlidirsə, artıq qabaqdakı sahəyə keçə bilmirsən. Çünki qatar stansiyada dayanıbsa, sürət qəfil avtomatik ən aşağı hədlərə qədər düşür. Bu, maşinistin istəyindən də asılı olmur, çünki digər sürət sahəsinə keçməsi üçün avtomatik tənzimlənən sistemlərdir. Yəni bu, əvvəlcədən qəbul olunmuş qərar və qatarda da mütləq qaydada bu sistemlərin xüsusi qaydada tənzimlənməsi həyata keçirilir. Bunlar da avtomatik qaydada həyata keçirilib". 

Mətbuat katibi qeyd etdi ki, sıxlıq səbəbindən qatarların stansiyalarda normadan artıq dayanması və minib-düşmə prosesində gecikmələr baş verir.

"Bəzən minib-düşmə prosesində yubanmalar baş verir. Bakı Metropolitenində hərəkət qrafiki saniyələrlə ölçülür deyə, zəncirvari dalğa kimi ləngimələr olur. Yəni bu yubanmaların böyük əksəriyyəti sıxlıq şəraitinin nəticəsidir. Lakin burada sərnişini qətiyyən günahlandırmaq olmaz. Çünki hər bir sərnişin yerin üstündə tıxaclar varsa, ümumiyyətlə, sürət, intensivlik baxımından metropoliteni seçir. Kütləvi hal olanda tənzimləmə prinsipinə uyğun olaraq, stansiyalara işçi qüvvələri cəlb olunur. Hazırda dekabr ayıdır, üzü Dünya Azərbaycanlılarının Həmrəylik günü, Yeni ilə doğru gedirik. Bununla bağlı hər dövrün özünəməxsus sıxlığı olur. Noyabr, may, dekabrdan fərqli olur. Bu gün Bakı Metropoliteninin yeni reallığı budur ki, onun bəlli infrastrukturu var. Qeyd etdiyimiz kimi sərnişin buraxıcılıq qabiliyyəti bəzi stansiyalarda sıxlığın yaranmasına səbəb olur", - deyə Bəxtiyar Məmmədov vurğuladı.

Chosen
24
1
avtosfer.az

2Sources