EN

Bu gün skuterlə qətlə yetirilən rus general kim idi?

Xəbər verdiyimiz kimi, bu gün Moskvada yaşayış binasında partlayış zamanı rusiyalı general İqor Kirillov və onun köməkçisi İlya Polikarpov həlak olub.

Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo” Rusiya İstintaq Komitəsinə istinadən xəbər verir ki, Kirillov və onun köməkçisinin ölümünə skuter səbəb olub.

Belə ki, partlayıcı qurğu binanın giriş hissəsində olan skuterə yerləşdirilib.

Generalın ölümü dünya mediasında böyük müzakirələrə səbəb olub. Onu bu qədər əhəmiyyətli edən bir digər məsələ isə həm də Rusiya Silahlı Qüvvələrinin Radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi olmasıdır.

Kirillov hərbi fəaliyyətinə 1987-ci ildən SSRİ Silahlı Qüvvələrinin sıralarına qoşulmaqla başlayıb.

1991-ci ildə Kostroma Ali Hərbi Komandanlıq Kimyəvi Müdafiə Məktəbini fərqlənmə diplomu ilə bitirib.

91-94-cü illərdə Qərb Qüvvələr Qrupunda taqım komandiri vəzifəsində çalışıb.

1995-ci ildən ayrı-ayrı radiasiya, kimyəvi və bioloji mühafizə briqadasının rota komandirindən briqada komandirinə kimi bir sıra vəzifələrdə çalışıb.

2009-2014-cü illərdə Rusiya Silahlı Qüvvələrinin Kimyəvi Müdafiə Qüvvələrində müxtəlif postlarda olub.

2014-cü ilin sentyabrında “Timoşenko” adına Kimya Müdafiə Hərbi Akademiyasının rəhbəri təyin edilib. Bu vəzifədə 2017-ci ilədək çalışıb.

O, 2017-ci ilin aprelində Rusiya Silahlı Qüvvələrinin Rusiya Kimyəvi Müdafiə Qüvvələrinin rəisi təyin edilib.

Hərbçi “TOS-2” “Toçka” taktiki raket komplekslərinin yaradılmasında və qəbulunda iştirak edib.

Kirillov Rusiyanın III və IV dərəcəli “Vətənə xidmətə görə”, “Hərbi xidmətlərə görə” ordenləri, II dərəcəli “Vətənə xidmətə görə” medalına layiq görülüb.

Rusiya tərəfi onun ölümünü “çox böyük itki” adlandırıb.

Onun faciəvi sonu bəzi xarici media orqanlarında “Oreşnik”lərin istehsalı ilə də əlaqələndirilib.

Ukrayna tərəfinin məlumatına görə, Krillovun adı həm də qərb və şərq cinahlarda qadağan olunmuş kimyəvi partlayıcıların kütləvi istifadəsi ilə bağlı açılan cinayət işində hallanıb.

Onun zəhərli maddələrin dron hücumlarında, eləcə də döyüş qumbaraatmalarında əli olduğu bildirilib.

Qeyd edək ki, general zaman-zaman verdiyi açıqlamalarla da gündəmdə idi. O, daha əvvəl ABŞ-nin Ukrayna ərazisində kimyəvi-bioloji stansiya tikdiyini bəyan etmişdi. Lakin onun bu iddiası sonralar öz təsdiqini tapmamışdı.

Suveren dövlətə qarşı hərbi əməliyyatlarda bilavasitə iştirakına görə general beynəlxalq sanksiyalar siyahısına da əlavə edilmişdi.

Chosen
22
43
avtosfer.az

10Sources