EN

Kürək ağrısı ilə həkimə getdi, xərçəng olduğu bilindi

İngiltərənin Plymouth şəhərində yaşayan 15 yaşlı Chloe Renshaw, kürəyində və dizlərində hiss etdiyi şiddətli ağrılar səbəbindən həkimə müraciət edib.

News24.az xəbər verir ki, ilk müayinədə bu ağrılar “böyümə dövrünün təbii bir prosesi” kimi qiymətləndirilib və həkimlər gənc qızı evə göndəriblər. Lakin qısa müddət sonra ailəni dəhşətə salan həqiqət ortaya çıxıb: Chloe-nin bədənində yayılan xərçəng aşkar edilib.

Atası Adam Renshaw, qızının keçirdiyi prosesi bu sözlərlə ifadə edib:

“İki həftə ərzində ağrılar dözülməz hala gəldi. Ağrılar ayaqlarına və oynaq nahiyələrinə yayıldı. Yenidən xəstəxanaya getdik, amma yenə də bunun ‘normal’ olduğunu dedilər. Lakin BT müayinəsi tələb etdim və israr etdim. Nəticədə Chloe-nin onurğasında şiş aşkar etdilər.”

Bu müddətdə baş verən gecikmələrə baxmayaraq, Chloe dərhal Bristol Uşaq Xəstəxanasına göndərilib. Daha geniş müayinələr nəticəsində xəstəliyin çanaq sümüyünə, kəllə sümüyünə, sinəsinə və qaraciyərinə metastaz etdiyi müəyyənləşib. Bununla belə, xərçəngin növü hələ də tam olaraq müəyyən edilməyib.

Kimyaterapiyanı ilk mərhələsini tamamlayan gənc qız, immunitet sisteminin müalicəyə verdiyi reaksiyanın kifayət qədər olmaması səbəbindən süni komaya salınıb və süni tənəffüs aparatına qoşulub. Müalicə prosesinin necə davam edəcəyi isə hələ də qeyri-müəyyənliyini qoruyur.//Milli.Az

Chosen
43
3
news24.az

10Sources