1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Avropa İttifaqı (Aİ) Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinin Ukraynanın xeyrinə istifadə edilməsi məqsədilə müsadirə edilməsinin hüquqi və maliyyə nəticələrini qiymətləndirir.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, Aİ diplomatik xidməti və bir sıra üzv dövlətlər aktivlərin müsadirəsi üçün hüquqi əsas kimi məhkəmə qərarlarının verilməsinin zəruriliyi və ya yalnız zərərin hesablanması ilə kifayətlənmək kimi variantları nəzərdən keçirir.
Almaniya, Belçika və Lüksemburq da daxil olmaqla bir sıra ölkələr Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinin müsadirə edilməsi ideyasından ciddi narahat olduqlarını bildiriblər.
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın vəzifəyə gəldikdən sonra Ukraynaya dəstəyi azalda və ya tamamilə dayandıra biləcəyi qorxusu fonunda bu mövzuda müzakirələr güclənib.