EN

“Meydançanın bir tərəfini qardan təmizləmişdilər, bir tərəfi qalmışdı” – “Dənizçilər” nəticədən razıdı

Aşkar autsayder “Səbail” son turda “Şamaxı” ilə qolsuz heç-heçəyə razılaşdı. Səfərdən qələbə ilə dönəcəyi təqdirdə “dənizçilər” sonuncu pilləni “Kəpəz”ə dövr edə bilərdilər. Amma həmin gün Şamaxı şəhər stadionunun qarlı olması hər iki komandanın işini çətinə saldı. Cavid Hüseynov isə baş məşqçi postunda ilk xalını qazandı.

Görəsən, “Dənizçilər” nəticədən razı qalıblarmı? Fanklubun rəhbəri Atif Rüstəmlinin “Football-plus.az”a açıqlaması:

“O soyuqda bir xal da böyük işdi. Əsas məsələ zədənin olmamasıdı. Meydançanın bir tərəfini qardan təmizləmişdilər, bir tərəfi qalmışdı. Orda yaxşı futbol oynamaq mümkünsüz idi. Ümid edirik, bir xal irəliləməyimiz üçün yaxşı motivasiya olar. “Şamaxı”ya qarşı oyunda zədəlilərimiz çox idi. Hücum xəttində oyunçumuz yox idi. Özünüz gördüz ki, vəziyyət nə yerdədi. Növbəti “transfer pəncərəsi”ndə yeni oyunçular da gələcək. Ondan sonra nəyin necə olacağını demək olar. Futbolçuların yoxluğu, həm də qarlı meydança bizi çətinə saldı. Şamaxıda -o cür qarlı meydanda oynamaq hər futbolçunun hünəri deyil. Qazanılan bir xal bizim üçün çox vacibdi”.

RÖYANƏ OĞUZ
Chosen
13
football-plus.az

1Sources