EN

Şəhidin atası partlayış zamanı HƏLAK OLDU - TƏFƏRRÜAT

Gəncədə baş verən partlayış hadisəsinin detalları məlum olub.
 
Hadisə Məhsəti qəsəbəsində qeydə alınıb. 47 yaşlı Asif Tağıyev fərdi yaşayış evinin həyətində mərmi ilə ehtiyatsız davrandığı üçün partlayış baş verib. Nəticədə, ev sahibi həyatını itirib.
 
"Şəhid atasıdır, oğlu 44 günlük Vətən müharibəsində şəhid olub. Metal tullantıları toplayıb satırdı", - mərhumun qardaşı Arif Tağıyev bildirib.
 
Qeyd edək ki, Asif Tağıyev Vətən müharibəsi şəhidi Eşqin Tağıyevin atası olub.
 
Ətraflı Baku TV-nin süjetində:
 
16:06
 
Gəncədə partlayış nəticəsində ölən şəxs şəhidin atası olub.
 
Moderator.az "Unikal"a istinadən xəbər verir ki, hadisə nəticəsində həyatını itirən Asif Tağıyev şəhid Eşqin Tağıyevin atasıdır.
 
Qeyd edək ki, Tağıyev Eşqin Asif oğlu 1998-ci il, martın 18-də Göygöl rayonunun Üçtəpə kəndində dünyaya göz açıb. Eşqin Tağıyev Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il, oktyabrın 30-da Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlib.
 
Azərbaycan Ordusunun əsgəri olan Eşqin Tağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları və "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib.
 
13:52
 
Gəncədə bədbəxt hadisə baş verib.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb.
 
1974-cü il təvəllüdlü A.Tağıyevin yaşadığı evdə "OF 843 "markalı minaatan mərmisi ilə ehtiyatsız davranması nəticəsində partlayış olub. Nəticədə 50 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
 
Məlumata görə, A.Tağıyev mərmini qoyun otaran zaman tapıb.
 
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Chosen
39
4
moderator.az

10Sources