EN

1 STƏKAN SU İNFARKT VƏ İNSULTUN QARŞISINI ALIR

BU SAATLARDA İÇİN!

Kardioloqların sözlərinə görə, suyun hansı saatlarda qəbul edilməsinə diqqət yetirmək lazımdır.

Müəyyən olunmuş vaxtlarda su içmək orqanizmə daha çox fayda verir.

Səhər yeməyindən 30 dəqiqə əvvəl 1 stəkan su içmək daxili orqanları, metobolozmi aktivləşdirir, bədənə enerji verir və toksinlərin vücudumuzdan çıxarılmağına kömək edir. Bundan əlavə həzmi asanlaşdırır və iştahanı tənzimləyir.

Yemək zamanı həddindən artıq su içmək isə həzmi ləngidə bilər, buna görə də orta miqdarda qəbul tövsiyə olunur.

Duş qəbul etməzdən əvvəl 1 stəkan su içmək arterial təzyiqi aşağı salmağa kömək edir.

Yatmazdan əvvəl 1 stəkan su insult və ürək tutmasını azaldır.

Gecə yatmazdan əvvəl su içmək bədənə sakitləşdirici təsir göstərir və yuxu zamanı susuzluğun qarşısını alır, amma çox içmək sidik ifrazını artıraraq yuxu keyfiyyətinə təsir edə bilər. Fiziki fəaliyyət zamanı və ya isti havalarda su içmək bədən temperaturunu balansda saxlayır və susuzluğun qarşısını alır. Gün ərzində bərabər miqdarda su içmək bədəndəki su balansını qorumağa kömək edir və ümumi sağlamlığı dəstəkləyir. Mütəxəssislər gün ərzində 2 litr su içməyi məsləhət görür. Lakin bu miqdarı öz həkiminizlə də müzakirə etməyiniz tövsiyyə olunur.

 

Saglamolun.Az

Chosen
36
1
7times.az

2Sources