EN

Azərbaycandan “The Best”də kimə səs verilib?

FİFA-nın 2024-cü il üçün “The Best” mükafatı üçün Azərbaycan təmsilçilərinin kimlərə səs verdiyi bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş səsvermədə 1-ci yerə İspaniya millisi və “Barselona”nın futbolçusu Lamin Yamalı layiq görüb. O, ikinci yer üçün Vinisius Juniora (Braziliya millisi, “Real” Madrid), üçüncü yer üçünsə Rodriyə (İspaniya millisi, “Mançester Siti”) səs verib.

Azərbaycan millisinin kapitanı Bədavi Hüseynovun seçimi isə belə olub: 1.  Vinisius Junior, 2. Rodri, 3. Dani Karvahal (İspaniya millisi, “Real). 

Qeyd edək ki, səsvermənin yekununa əsasən, Vinisius Junior birinci (48 xal), Rodri ikinci (43 xal), İngiltərə millisi və “Real”ın futbolçusu Cud Bellingem (37) isə üçüncü yeri tutub.

Chosen
20
6
qafqazinfo.az

7Sources