EN

Mədəni irsimiz milli kimliyimiz, xalqımızın göz nuru, yurdumuzun silinməz daş yaddaşıdır -Qərbi Azərbaycan

Son iki yüz ildə xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirən təcavüzkar Ermənistanın rəhbərləri ötən əsrin 90-cı illərində milli-mədəni və tarixi irsimizin dağıdılması, bu torpaqlardan Azərbaycan izinin silinməsi üçün ən çirkin vasitələrə əl atıblar.

İnkaredilməz faktdır ki, indiki Ermənistan ərazisinin azərbaycanlıların tarixi və əzəli sakinləri olduğunu sübut edən izləri yox etmək üçün məqsədyönlü şəkildə, kütləvi vandallıq aktları törədilmişdir. 1988-ci ildən başlanan sonuncu etnik təmizləmə nəticəsində on minlərlə azərbaycanlı ailəsinin əmlakı və mədəni irs nümunələri də ermənilər tərəfindən qarət edilmiş, mənimsənilmişdir. Bundan başqa, Qərbi Azərbaycanın qədim toponimləri bütünlüklə erməni adları ilə əvəzlənmişdir. Erməni vandalizmi təkcə mədəniyyət abidələrini məhv etməklə bitmir, onun tarixini dəyişdirmək, restavrasiya adı ilə qədimliyinə zərbə vurmaq da barbarlığın, həyasızlığın bir nümunəsidir. Ümumiyyətlə, indiki Ermənistan ərazisində xalqımıza məxsus 3 min 500 tarix və mədəniyyət abidəsi, 500 qəbiristanlıq, 391 məscid qəddarlıqla dağıdılmış, tamamilə yox edilmişdir.

Qərbi Azərbaycanda min illər boyu yaşamış soydaşlarımızın etnik mövcudluğuna son qoyulması və onların mədəni irsinin məhv edilməsi son bir əsrdə dövlət siyasəti səviyyəsində gerçəkləşdirilib. Xüsuilə 1988-ci ildən başlanan sonuncu etnik təmizləmə nəticəsində on minlərlə azərbaycanlı ailəsinin əmlakı və mədəni irs nümunələri də ermənilər tərəfindən qarət edilmiş, mənimsənilmişdir. Bundan başqa, Qərbi Azərbaycanın qədim toponimləri bütünlüklə erməni adları ilə əvəzlənib. Barbar ermənilər soydaşlarımızı öz yurdlarından köçürməklə kifayətlənməyiblər, həm də oradakı mədəni irsimizi siliblər, tarixi abidələrimizi məhv ediblər.

Gerçəklik budur ki, Qərbi Azərbaycan ərazisində mədəni irsin yox edilməsi sistemli, davamlı və məqsədli şəkildə həyata keçirilib. Erməni vandalları təkcə soydaşlarımızı öz yurdlarından köçürməklə kifayətlənməyiblər, həm də oradakı mədəni irsimizi siliblər, tarixi abidələrimizi məhv ediblər.  İndiki Ermənistan ərazisində soydaşlarımızın yaşadığı kəndlərin tarixi adları tamamilə dəyişdirilib, qədim toponimlər erməni adları ilə əvəz edilib. Ermənistan hökumətinin apardığı siyasətlə tarixi torpaqlarımız olan Qərbi Azərbaycan ərazilərində qədim mədəni irs obyektləri - Göy Məscid, Qala Məscidi Şah Abbas Məscidi də daxil olmaqla 300 dən çox məscid və monumental abidələr məqsədyönlü şəkildə məhv edilib. UNESCO-nun 1954, 1970, 1972, 2003 və 2005-ci il Konvensiyaları presedentsiz şəkildə pozulub.

Ermənistanın siyasi rəhbərliyinin göstərişi ilə Zəngəzur vilayətinin Qafan, Mehri, Xot, Şinuayr, Əlidərə inzibati yaşayış məntəqələrində viran qoyulmuş 900-dən çox tarix və mədəniyyət abidəsinin xarabalıqları bu gün də qalmaqdadır. Bu kəndlərdə ermənilər 900-dən çox tarix və mədəniyyət abidəsi- yaşayış evləri, məscidlər, alban dövrü tikililəri, bədii daş nümunələri, qəbir daşları, at-qoç fiqurları dağıdılaraq yararsız hala salınıb.

Əslində bütün bunlar mədəni irsin qorunmasında əsas rol oynayan beynəlxalq təşkilat üçün həyəcan siqnalı olmalı idi. Çox təəssüf ki, bəzi beynəlxalq təşkilatlar tərəfindən ikili standartlar tətbiq edilir, zəruri tədbirlər həyata keçirmək əvəzinə məqsədli şəkildə görməzlikdən gəlinir, açıq desək, bir çox hallarda xristian təəssübkeşliyi nümayiş etdirilir.

Qərbi Azərbaycan İcmasının bugünlərdə yaydığı bəyanatda bildirilir ki, ABŞ-ın Bakıdakı səfirliyi Ermənistanda Azərbaycan xalqının mədəni irsinin qorunması ilə bağlı Vaşinqtonun mümkün addımlarına dair Azərbaycan mediasının sualına cavab verməyib, sadəcə, bu ölkənin işğaldan azad edilmiş ərazilərimizdə hansısa layihələr təklif etdiyini xatırlatmaqla kifayətlənib. İcma ABŞ-ın Ermənistandan zorla çıxarılmış azərbaycanlıların məsələsini, o cümlədən onların mədəni irsinin ermənilər tərəfindən dağıdılmasını görməzdən gəlməsini təəssüf hissi ilə qeyd edib: Qayıdış hüququmuzun dəstəklənməsi xahişi ilə hələ ötən ilin aprelində ABŞ Dövlət katibi Antoni Blinkenə göndərdiyimiz məktuba bu günədək cavab verilməyib. Halbuki ötən dövr ərzində ABŞ hökuməti “insan hüquqları” adı altında bir sıra uydurma məsələləri dəfələrlə gündəmə gətirib. Hamıya məlumdur ki, ABŞ-ın hazırkı administrasiyası “insan hüquqları” və “mədəni irs” mövzularını yalnız Azərbaycana qarşı saxta ittihamlar irəli sürmək lazım gəldikdə xatırlayır.

İcmanın digər bəyanatında bildirilir ki, BMT-nin İrqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsində Ermənistan nümayəndə heyətinin verilən suallara dözümsüz münasibəti, hamımız üçün əziz olan Göy Məscidin Azərbaycan xalqına mənsubluğunu bir daha danması erməni cəmiyyətində dərin kök salmış Azərbaycanofobiyanın, qondarma “etnik müstəsnalıq” xəstəliyinin bariz nümunəsidir. Bu, eyni zamanda, Ermənistanın iki ölkə arasında münasibətlərin normallaşdırılması barədə gəlişigözəl sözləri ilə tam ziddiyyət təşkil edir: “Ermənistanın işğal dönəmində Yuxarı Gövhər ağa Məscidinin Azərbaycan xalqına məxsusluğunu inkar etməsi siyasəti tam uğursuzluğa düçar olduğu kimi, Göy Məscidin də Azərbaycan mənşəyini danmasının heç bir perspektivi yoxdur. Nə Ermənistan rəsmilərinin BMT kürsülərindən isterik cavabları, nə də Fransanın Ermənistandakı irqçi səfirinin gülünc tvitləri, “atmaca”ları Azərbaycan xalqının qədim tarixini, zəngin mədəni irsini, izini silə bilməz.

Zahid Rza, “İki sahil”

Chosen
11
ikisahil.az

1Sources