1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Biz Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) dəfələrlə müraciət etdik, nümayəndəsini verilişimizə dəvət etdik. Təəssüf ki, bu dövlət qurumunun suallara cavab verəcək müvafiq mətbuat nümayəndəsinin bizə ayıracağı vaxtı, tamaşaçıların, bizim taksi xidməti ilə bağlı suallarımıza cavab verəcək adamı tapılmadı".
Oxu.Az xəbər verir ki, bunu Baku TV-nin "Baku aktual" verilişində aparıcı Elçin Əlibəyli deyib.
"Çox qəribədir, artıq neçənci dəfədir ki, bizim AYNA dediyimiz qurum bu məsələlərə ayna tutmaq istəmir, yalnız 3-4 cümlədən ibarət mətbuata açıqlama verməklə kifayətlənir", - deyə Elçin Əlibəyli iradını bildirib.
Ətraflı süjetdə: