ABŞ Müdafiə Nazirliyi Moskvada Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəhbəri İqor Kirillovun qətlində iştirak etmir və bu fəaliyyət növünü dəstəkləmir.
Axar.az xəbər verir ki, bu sözləri jurnalistlər üçün keçirdiyi brifinqdə Pentaqonun mətbuat katibi Patrik Rayder deyib.
“Sizə deyə bilərəm ki, bu əməliyyatdan əvvəlcədən xəbərimiz yox idi, biz bu cür fəaliyyəti dəstəkləmirik və ya təbliğ etmirik”, - deyə general bildirib.
Qeyd edək ki, bu gün səhər Moskvada baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının komandanı, general-leytenant İqor Kirillov öldürülüb. Generalın Ukrayna Baş Kəşfiyyat İdarəsinin sui-qəsdi nəticəsində öldürüldüyü barədə məlumat yayılıb.