EN

Mayotta adasında güclü qasırğa - 20 ölü, 1700 yaralı

Mayotta adasında “Şido” qasırğasından sonra ölənlərin sayı 20 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bunu Fransanın Baş naziri Fransua Bayru deyib.

“Bu günə olan məlumata görə, yaralananların sayı 1700 nəfərə çatıb ki, onların da 200-ü ağır durumdadır”, - F.Bayru bildirib.

O, bu rəqəmlərin yekun göstərici olmadığını, ölən və yaralananların sayının arta biləcəyini vurğulayıb.

Qeyd edək ki, Mayotda “Şido” qasırğası dekabrın 14-də başlayıb


Müəllif: Teleqraf.com
Chosen
19
6
teleqraf.com

7Sources