EN

ŞOK GƏLİŞMƏ! Nissan və Honda Çin rəqabətinə qarşı birləşir

Nissan və Honda elektrikli avtomobil bazarında artan Çin rəqabətinə qarşı mövqelərini gücləndirmək üçün birgə addımlar atmağa hazırlaşır.

Musavat.com bildirir ki, bu barədə xəbərlər yayılan kimi Nissan-ın səhmləri 8%, Honda-nın isə 1.5% yüksəlib.

Çin avtomobil istehsalçılarının sürətlə böyüyən elektrikli avtomobil bazarındakı dominantlığı Yapon nəhənglərini birgə fəaliyyətə sövq edir. Şirkətlər rəqabətdə geri qalmamaq üçün yeni texnologiyaların inkişafı və istehsal xərclərinin azaldılması üzərində işləyirlər.

Analitiklər bildirirlər ki, Nissan və Honda-nın bu strateji yaxınlaşması Asiya bazarında Çin markalarının təsirini zəiflətməyə yönəlib. Yapon istehsalçıları gələcəkdə daha güclü texnoloji innovasiyalar və bazar payını artırmaq üçün əməkdaşlığı genişləndirməyi planlaşdırır.

Mənbə: https://www.forbes.com/sites/

 

Musavat.com

Chosen
32
23
musavat.com

10Sources