EN

DÇ-2034-də spirtli içki qadağası

2034-cü ildə Səudiyyə Ərəbistanında keçiriləcək futbol üzrə dünya çempionatı zamanı azarkeşlərə stadionlarda spirtli içki qəbul etmək qadağan olunacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. 

Bildirilib ki, FIFA yerli qanunvericiliyə zidd olduğu üçün mundial oyunlarında pivə satışını turnirin Təşkilat Komitəsi ilə müzakirə etmək fikrində deyil.

Ali futbol qurumu 2022-ci ildə Qətərdə təşkil olunan dünya çempionatı zamanı pivə satmaq hüququ əldə etsə də, sonradan Əl-Tani ailəsinin təzyiqi ilə icazə ləğv edilib.

Beləliklə, FIFA pivə istehsal edən şirkətə 40 milyon funt-sterlinq məbləğində təzminat ödəməli olub.

Qeyd edək ki, DÇ-2034-ün Səudiyyə Ərəbistanında keçiriləcəyi təsdiqlənib.

Chosen
7
5
qafqazinfo.az

10Sources