EN

Bəşər Əsədin həyat yoldaşı haqda MÜHÜM XƏBƏR

Böyük Britaniyanın Nazirlər Kabinetinin üzvü Pat McFadden bildirib ki, Suriya Prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin Birləşmiş Krallığa gəlişi ilə bağlı hökumətə heç bir müraciət daxil olmayıb. McFaddenin sözlərinə görə, bu məsələ Britaniya hökumətində müzakirə olunmayıb.

Musavat.com bildirir ki, Əsma Əsəd 1975-ci ildə Londonda anadan olub, burada böyüyüb və təhsil alıb. Lakin o, 2000-ci ildə Suriya Prezidenti Bəşər Əsədlə ailə qurduqdan sonra həyatını əsasən Suriyada keçirib.

Hazırda Əsma Əsədin həyat yoldaşı ilə birlikdə Moskvada olduğu söylənilir. Suriyada son günlər baş verən hadisələr və Əsəd rejiminin süqutu xəbərləri fonunda cütlüyün harada olması ilə bağlı müxtəlif spekulyasiyalar mövcuddur. Son saatlarda Kreml Əsəd və ailəsinin Rusiyada olduğunu təsdiqləyib. Britaniya hökumətinin açıqlaması isə bu məsələdə konkret bir addımın atılmadığını göstərir.

Əsma Əsədin Britaniya vətəndaşı olması və Londonda keçmiş həyatının olması, onun bu ölkəyə mümkün gəlişi ilə bağlı suallar doğursa da, hələlik rəsmi təsdiq yoxdur. Məsələnin inkişafı diqqətlə izlənilir.

Chosen
60
1
medianews.az

10Sources