EN

Fələstinlilər Blinkeni məhkəməyə verib

Bir qrup fələstinli Vaşinqtonda məhkəmə iddiası qaldıraraq, insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan İsrail bölmələrinə Amerikanın hərbi yardımının dayandırılmasını tələb edib.

“Report” xəbər verir ki, iddia ərizəsi Kolumbiya federal məhkəməsinin elektron məlumat bazasında daxil olub.

İddia ABŞ dövlət katibi Entoni Blinkenə qarşı qaldırılıb. O, Lihi qanununu icra etməməkdə ittiham olunur. Qanuna əsasən insan haqlarını kobud şəkildə pozan xarici hərbi birləşmələr Amerikadan hərbi yardım almamalıdır.

Sənəddə qeyd edilib ki, Dövlət Departamenti İsrail hakimiyyətinə insan haqlarının pozulmasına görə mühakimə olunan və Amerika tərəfdən dəstək almamalı olan qrupların siyahısını təqdim etməlidir. Vaşinqton administrasiyası həm də yəhudi dövlətindən yazılı təminat almalıdır ki, bu bölmələr ABŞ-dan hərbi yardım almayacaq.

İddia fiziki şəxs kimi fəaliyyət göstərən beş fələstinlinin adından qaldırılıb. Onların bəziləri Amerika vətəndaşıdır. İddiaçılar qeyd ediblər ki, onların qohumları Qəzza zolağında yaşayır və ABŞ-dan hərbi yardım alan İsrail qüvvələrinin hərəkətlərinə görə təhlükə altındadırlar.

Chosen
50
3
far.az

4Sources