EN

Soyuq hava infarkt riskini artırır - XƏBƏRDARLIQ

Mütəxəssislər soyuq havanın xüsusilə ürək xəstəliyi olan şəxslər üçün təhlükələrinə diqqət çəkir.

Ucnoqta.az xəbər verir ki,  soyuq havalarda pnevmoniya hadisələrinin də artdığını ifadə edən Dos. Dr. Sarıkaya, bu vəziyyətin infarkt riskini daha da artırdığını vurğulayır.
Xüsusilə yaşlı, uşaq və ürək xəstəliyi olan şəxslərin soyuq havalarda daha diqqətli olması lazım olduğunu bildirən Sarıkaya vətəndaşları diqqətli olmağa çağırıb.

Sarıkaya soyuq havalarda isti geyinməyin və uzun müddət çöldə qalmamaqdan çəkinməyin vacibliyinə diqqət çəkib.

 “Soyuq hava orqanizmdə bir çox mənfi təsirlərə səbəb olur. Birbaşa soyuğa məruz qaldıqda, ürək damarlarının daralması baş verə bilər. Bu, qan təzyiqinin yüksəlməsinə və ürəyin daha çox işləməsinə səbəb olur. Nəticədə infarkt riski artır. Ona görə də soyuq havalarda çox diqqətli olmalıyıq”, - deyə o bildirib.

Pnevmoniyanın infarkt riskini də artırdığını vurğulayan Sarıkaya, “Orqanizmdə iltihabi proseslərə səbəb olan bütün xəstəliklər ürəkdə ani problemlər yarada bilər.
Mövsümi keçidlərdə qrip infeksiyalarının çox olduğunu xatırladan Sarıkaya, bu infeksiyaların perikard və ya ürək divarında iltihaba səbəb ola biləcəyinə diqqət çəkdi. O, xroniki xəstəlikləri olan və ya risk qrupunda olan insanlara qripə qarşı peyvənd etməyi tövsiyə edib.

Chosen
52
ucnoqta.az

1Sources