EN

Azərbaycan BMT-də neonasizmə qarşı qətnaməni dəstəklədi

BMT Baş Assambleyası “Nasizmin, neonasizmin və irqçiliyin müasir formalarının, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və bununla bağlı dözümsüzlüyün genişlənməsinə kömək edən digər təcrübələrin tərənnümünə qarşı mübarizə” adlı qətnamə layihəsini qəbul edib.

Teleqraf.com xəbər verir ki, qətnaməni 119 ölkə dəstəkləyib, 53 ölkə əleyhinə səs verib, 10 ölkə isə bitərəf qalıb. Əleyhinə səs verən ölkələr arasında Almaniya, İtaliya, Kanada, ABŞ, Ukrayna və Yaponiya yer alıb. Azərbaycan, Əlcəzair, Belarus, Boliviya, Braziliya, Çin, Kuba və Serbiya isə sənədin lehinə çıxış ediblər.

Qətnamənin müəllifi Rusiya, həmmüəllifləri isə Belarus və Türkmənistandır. 2005-ci ildən bəri ənənəvi olaraq Rusiya tərəfindən təqdim olunan sənəd 74 maddədən ibarətdir.

Qətnamədə nasizmin tərənnümü və təbliği ilə bağlı hadisələrin kəskin şəkildə pislənməsi, tarixi həqiqətin qorunub saxlanılması, bəşəriyyətə qarşı cinayətlərin inkarının qarşısının alınması və II Dünya Müharibəsinin nəticələrinə yenidən baxılması ilə bağlı müddəalar yer alır.

Həmçinin, qətnamədə etnik, milli, dini və ya əqidə əsaslı irqçiliyi, ayrı-seçkiliyi, nifrət və zorakılığı təşviq edən tədris materiallarının və ritorikanın istifadəsinin pislənməsi vurğulanır


Müəllif: Teleqraf.com
Chosen
5
11
teleqraf.com

10Sources