"ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yaxşı bilir ki, Ukrayna təslim olmaq və ya müharibəni dondurmaq istəmir. O, həmçimin ölkəmizdəki münaqişənin həlli üçün tez hərəkətə keçmək istəyir".
Teleqraf.com xəbər verir ki, bunu “Le Parisien”ə müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Zelenski Parisdə Trampla apardığı danışıqlara toxunaraq qeyd edib ki, ABŞ prezidenti müharibənin həlli istiqamətində çox sürətlə hərəkət etmək istəyir: "Onun bütün məlumatları hələ əldə etmək imkanı yoxdur. Tramp bilir ki, mən Ukraynanın ziyanına heç bir yerə tələsmirəm. Ölkə uzun müddətdir öz suverenliyi üçün mübarizə aparır. Nə qədər prezident və ya baş nazir müharibənin bitdiyini elan etmək istəsə də, biz getməyəcəyik. Sadəcə təslim olmaq və müstəqilliyimizdən imtina etməyəcəyik. Təhlükə ondan ibarət olar ki, biz müharibəni donduraq və ruslarla razılığa gələk”.