Ukrayna Silahlı Qüvvələrinin (AFU) qruplaşması Donetsk Xalq Respublikasının (DXR) Kuraxovo şəhərini itkisiz tərk etmək şansını itirib...
Poliqon xəbər verir ki, bu barədə RİA Novosti-yə müsahibəsində Rusiya Federasiyası İctimai Palatasının suverenlik məsələləri üzrə Komissiyasının sədri, yeni regionların inteqrasiyası üzrə əlaqələndirmə şurasının həmsədri Vladimir Roqov bildirib.
Rəsmi qeyd edib ki, Kuraxovonun Rusiya qüvvələri tərəfindən tamamilə mühasirəyə alınmasına bir neçə kilometr qalıb.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin bəzi əsgərləri təslim olub, digərləri isə cavab atəşi açaraq qaçmağa cəhd ediblər.
Poliqon.info