Gürcüstan prezidenti Salome Zurabişvili Strasburqa səfər edib.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı bu gün Avropa Parlamentinin plenar iclasında çıxış edəcək.
S.Zurabişvilinin Strasburqa səfəri Avropa Parlamentinin sədri Roberta Metsolanın dəvəti əsasında baş tutub. Sədr Avropa Parlamentinin gürcü xalqı ilə həmrəyliyini təsdiqləyib və nümayişçilərə qarşı zorakılığı bir daha pisləyib.
Xatırladaq ki, Avropa Parlamenti noyabrın 28-də qəbul etdiyi qətnamədə Gürcüstanda baş tutmuş parlament seçkilərinin nəticələrini tanımayıb. Qurum yeni seçkilərin keçirilməsinə, həmçinin ölkənin baş naziri və hakim partiya liderlərinə sanksiyaların tətbiqinə çağırıb.
Müəllif: Cəmilə Babayeva