“Artıq 3 oyundur ki, 7 basketbolçu ilə mübarizə aparırıq”.
İdman.biz xəbər verir ki, bunu “Sabah” basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis deyib.
O, Azərbaycan çempionatının “Neftçi” ilə oyunu barədə fikirlərini açıqlayıb: “Zədəli oyunçularımız var. Oyunun sonlarında adi epizodlarda səhvlərə yol verdik. Bəzi epizodlarda daha ağıllı oynayıb sürətli düşünməli idik. Oyunun sonlarında yorğunluq hiss olunurdu. “Neftçi”ni təbrik edirəm. Layiqli mübarizə apardılar. Qarşıdakı oyunlara hazırlaşacağıq”.
Qeyd edək ki, mövsümdə ilk məğlubiyyətini alan “Sabah” 66:71 (23:18, 14:19, 17:12, 12:22) hesabı ilə uduzub.
İdman.biz