EN

“Tramp tələsir, amma” - “Ukrayna təslim olmayacaq və”

ABŞ-nin gələcək prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsi məsələsini həll etmək üçün sürətlə hərəkət etmək istəyir.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Le Parisien”-ə açıqlamasında deyib.

Bununla yanaşı, Zelenskinin dediyinə görə, Tramp Ukraynanın təslim olmaq və müharibəni dondurmaq istəməməsindən xəbərdardır: "Tramp mənim Ukraynanın ziyanını nəzərə alaraq, heç bir yerə tələsməmək istəyimi bilir. Ölkə uzun müddətdir ki, öz suverenliyi üçün mübarizə aparır. Nə qədər prezident və ya baş nazir müharibənin bitdiyini elan etmək istəsə də, biz sadəcə təslim olmaq və müstəqilliyimizdən imtina etmək fikrində deyilik. “Müharibəni dondurub ruslarla razılığa gələcəyik” demək təhlükəli olardı”.

Zelenski qeyd edib ki, Tramp hələ Ağ Evdə olmadığı üçün bütün lazımi məlumatlara çıxışı yoxdur. Söhbət kəşfiyyatın, Müdafiə Nazirliyinin, müəyyən diplomatik kanalların və s. məlumatlarından gedir: "O orada(Ağ Evdə-red.) olanda biz eyni dildə və eyni məlumatlılıq səviyyəsində danışa biləcəyik".

Onun fikrincə, Donald Trampın hakimiyyətə gəlməsi ilə ABŞ-də baş verəcək dəyişikliklərin Ukraynanın xeyrinə olması vacibdir. Xüsusilə Kiyev Vaşinqtondan daha güclü dəstəyə ümid edir: “Bizim komandalarımız artıq prezident Trampın komandaları ilə işləyir, biz yeni administrasiya ilə əlaqələr quracağıq, bu, bizim prioritetimiz olacaq. ABŞ bizim bu müharibədə aparıcı donorumuz olub və olaraq da qalır. Ancaq vurğulamaq istəyirəm ki, Ukrayna üçün hər ikisi - Avropa və ABŞ vacibdir. Biz heç kimi digərindən üstün tutmuruq”.

Bununla yanaşı, Zelenski məhz ABŞ-nin Vladimir Putinə təsir edə biləcəyini vurğulayıb.

Qeyd edək ki, bundan öncə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib ki, real sülh danışıqları yalnız Rusiyanın müharibə üçün resursları olmayanda başlayacaq.

“AzPolitika.info”

Chosen
5
1
azpolitika.info

9Sources