EN

ABŞ general Kirillovun qətlində iştirak etmədiyini bəyan edib

Rəsmi Vaşinqton Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin (RCBZ) rəisi İqor Kirillovun qətlində iştirak etmədiklərini bəyan edib.

Herbiand.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller çərşənbə axşamı, dekabrın 17-də keçirdiyi brifinqdə deyib: “Mənim bu partlayışla bağlı heç bir qiymətləndirməm yoxdur, deyə bilərəm ki, Birləşmiş Ştatlar bundan əvvəldən xəbəri olmayıb və iştirak etməyib”.

Eyni zamanda, Miller Kirillovun "bir sıra vəhşiliklərdə iştirak etdiyini" əlavə edib:

"O, Ukrayna hərbçilərinə qarşı kimyəvi silahdan istifadədə iştirak edib. Oonun komandanlığı altında olan Rusiya hərbçiləri beynəlxalq hüququ pozaraq döyüş meydanında kimyəvi maddələrdən istifadə edib".

Chosen
22
herbiand.az

1Sources