EN

İngiltərə Futbol Assosiasiyası "Tottenhem"in futbolçusunun şikayətini rədd edib

İngiltərə Futbol Assosiasiyası (FA) "Tottenhem"in yarımmüdafiəçisi Rodriqo Bentankurun 7 oyunluq diskvalifikasiyası ilə bağlı apellyasiya şikayətini rədd edib.

"Far.Az" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Assosiasiya qalmaqallı açıqlamasına görə 27 yaşlı yarımmüdafiəçini diskvalifikasiya etməklə yanaşı, 126 min dollar cərimələmişdi.

Qeyd edək ki, Bentankur Son Hın Min haqqında danışarkən koreyalıları ayırd etməyin çətin olduğunu söyləyib. Yarımmüdafiəçi sonradan komanda yoldaşından üzr istəsə də, irqçilikdə ittiham edilib.

Chosen
26
1
far.az

2Sources