EN

Nənə nəvəsini odlu silahla qətlə yetirib

ABŞ-da 71 yaşlı qadın evində öz nəvəsini odlu silahla qətlə yetirib. 

Azpost.info bildirir ki, bu barədə “The Arizona Republic” nəşri yazır.

71 yaşlı amerikalı qadın Debra Qrin-Devis bazar günü Arizona ştatının Buçkeye şəhərindəki evində öz nəvəsini, 31 yaşlı Larkey Elliottu öldürüb. Qadın ikinci dərəcəli qətldə ittiham olunaraq həbsxanaya göndərilib.

Məhkəmə sənədlərinə görə, Grin-Devis yataq otağında oturarkən qonaq otağında qızı və nəvəsinin mübahisə etməyə başladığını eşidib. Məhkəmə sənədlərinə görə, o, 911-ə zəng edib. Yaşlı qadın telefonla danışarkən nəvəsi Elliott onun otağına gələrək, baş və çiyninə zərbələr endirib, telefonu ondan almaq istəyib. Grin-Devisin qızı Elliottu saçından tutaraq nənəsindən uzaqlaşdırıb. Bu zaman ana-bala yenidən əlbəyaxa olmağa başlayıb. Bu zaman Qrin-Devis 9 mm-lik tapançanı çıxarıb nəvəsinə atəş açıb. Güllə nəvəsinin kürəyinə dəyib.

Polisə verdiyi müsahibə zamanı Grin-Devis nəvəsini silahı ilə bilərəkdən vurduğunu etiraf edib.

Chosen
15
azpost.info

1Sources