ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani ilə görüşəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə "TASS" informasiya agentliyi məlumat yayıb.
Börnsün gün ərzində Qətərə səfəri gözlənilir.
Qeyd olunub ki, paytaxt Dohada baş tutacaq görüşün əsas məqsədi, 1 ildən çoxdur ki, İsrailə qarşı müharibədə HƏMAS qruplaşması tərəfindən əsir götürülən şəxslərin azad edilməsidir.
Danışıqlar zamanı İsrail və HƏMAS arasında atəşkəsin əldə edilməsinə dair müzakirələrin də aparılacağı bildirilib.
Müəllif: Ceyhun Ağazadə