EN

2025-ci ildə dərmanların icbari tibbi sığorta ilə qarşılanmasına 40 milyon manat vəsait AYRILIB

Hazırda ölkə əhalisinin 52 faizi icbari tibbi sığorta xidmətindən yararlanıb.

Bizim.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji Inkişaf və Iqtisadi təhlil departamentinin rəhbəri Ramil Muxtarzadə “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində deyib.
 

O, 2023-cü illə müqayisədə pasiyent sayı və tibbi xidmətin artdığını bildirib.


"Ambulator dərmanların icbari tibbi sığorta ilə qarşılanması məqsədilə 2025-ci ilin ikinci yarısında 40 milyon manat vəsait ayrılıb. Növbəti illərdə ürək-damar, həcm sistemi, tənəffüs sistemi xəstəlikləri olmaqla mərhələli şəkildə həyata keçirməyi düşünürük”.

Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

Chosen
14
3
bizim.media

4Sources