EN

Lukaşenko yenidən prezidentliyə namizəd oldu

Vətəninfo.az  xəbər verir ki, Belarusun Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun qeydiyyata alınması üçün sənədlər paketini qəbul edib .

Sənədləri MSK-ya etibarnamə ilə Belarus Həmkarlar İttifaqları Federasiyasının prezidenti, əvvəllər Lukaşenkonun prezidentliyə namizəd kimi irəli sürülməsi üzrə təşəbbüs qrupuna rəhbərlik etmiş Yuri Senko təqdim edib.

“İmzaların toplanması başa çatıb, bütün zəruri sənədlər paketi Mərkəzi Seçki Komissiyasına təqdim olunmaq üçün hazırlanıb… Bu gün isə dövlət başçısının tapşırığına əsasən, onun etibarnaməsi ilə Aleksandr Lukaşenkonun Belarus Respublikası prezidentliyinə namizəd kimi qeydə alınması üçün sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etdim”, – Senko jurnalistlərə bildirib.

Bundan əvvəl Belarus Liberal-Demokrat Partiyasının lideri Oleq Qaydukeviç, Respublika Əmək və Ədalət Partiyasının lideri Aleksandr Xijnyak, Belarus Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Sirankov, sahibkar, partiyasız Anna Kanopatskaya əvvəllər namizəd kimi sənədlərini MSK-ya təqdim edib.

2025-ci il yanvarın 21-dən yanvarın 25-dək ölkədə prezident seçkiləri üçün növbədənkənar səsvermə keçiriləcək, yanvarın 26-sı əsas səsvermə günüdür.

Chosen
27
veteninfo.az

1Sources