EN

Tibbi qeydiyyat sənədləşməsinin elektronlaşdırılması mütləqdir - Nazirlik rəsmisi

Bakı. Trend:

Tibbi qeydiyyat sənədləşməsinin elektronlaşdırılmasımütləqdir.

Trend xəbərverir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsininmüdiri Ramik Quliyev bu gün “Səhiyyə İdarəçiləri Zirvəsi 2024”çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib.

O bildirib ki, müasir rəqəmsallaşma ilə ayaqlaşmaq lazımdır:

"Səhiyyə Nazirliyi də bu istiqamətdə ciddi layihələr hazırlayırvə yaxın zamanda təqdimatı nəzərdə tutulur".

"Ümid edirəm ki, qarşıdakı il ərzində əmək qabiliyyətininolmaması vərəqi və ya epikrezlər, digər şəhadətnamələrlə yanaşı,tibbi sənədləşmənin də elektronlaşdırılması mümkün olacaq", - deyəo əlavə edib.

Onun sözlərinə görə, tibb müəssisələrinin akkreditasiya olunmasıilə bağlı noyabr ayında mərkəz yaradılıb, ştat formalaşdırılır,aktiv işlər görülür.

"Təsdiq olunan tibb müəssisələrinin akkreditasiya qaydalarındəyişikliyi gündəmdə idi və artıq layihə İcbari Tibbi Sığorta üzrəDövlət Agentliyinə təqdim olunub. Layihənin təkmilləşdirilməsiyaxın zamanda baş verdikdən sonra növbəti ildə tibb müəssisələrininakkreditasiyası, keyfiyyətə nəzarət mərkəzinin fəaliyyətinigörəcəyik", - deyə o vurğulayıb.

Chosen
20
az.trend.az

1Sources