EN

Rus generalının qətlini bu ölkə planlayıb - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, dünən Moskvada partlayış baş verib. Partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin Radioloji, Kimyəvi və Bioloji Mühafizə Birliyinin rəisi, general-mayor İqor Kirillov ölüb.

Milli.Az xəbər verir ki, Ukrayna mətbuatı qətlin arxasında Ukrayna Təhlükəsizlik Xidmətinin dayandığını yazıb.

"Kirillov Ukrayna əsgərlərinə qarşı qadağan olunmuş kimyəvi silahdan istifadə əmrini verdiyi üçün hərbi cinayətkar və tamamilə qanuni hədəf olub. Ukraynalıları öldürən hər kəsi belə son gözləyir. Müharibə cinayətlərinə görə cəza qaçılmazdır", - mənbə bildirib. 

Ukrayna Kirillovun ölümündən bir gün əvvəl istintaqa başladığını açıqlamışdı. Ukrayna Təhlükəsizlik Xidməti dünənki bəyanatında bildirib ki, "Kirillovun hərbi cinayətləri sənədləşdirilib".

Rusiyanın TASS İnformasiya Agentliyinin məlumatına görə, sui-qəsddən sonra Moskvadan qisas bəyanatı gəlib. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Kirillovun ailəsinə başsağlığı mesajı göndərərək bildirib ki, "Kiyev cəbhə xəttindəki uğursuzluqlarını Qərb tərəfdaşlarına bəraətləndirmək üçün əlindən gələni edir, müddəti uzatmağa çalışır".

Medvedev mesajında ​​bildirib ki, "Ukraynanın ən yüksək hərbi və siyasi məmurları da daxil olmaqla Kiyevi qisas gözləyir".

Nərmin
Milli.Az

Chosen
22
2
milli.az

3Sources