EN

Ramil Muxtarzadə: "Nağd ödənişlərin böyük hissəsi dərman vasitələrinə sərf olunan pullardır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Nağd ödənişlərin böyük hissəsini dərman vasitələrinə sərf olunan pullar təşkil edir. İcbari tibbi sığortanın tətbiqindən sonra ölkədə nağd ödənişlərdə azalma müşahidə olunur".
Oxu.Az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji İnkişaf və İqtisadi təhlil departamentinin rəhbəri Ramil Muxtarzadə Səhiyyə İdarəçilərinin Zirvə toplantısı çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib.
O bildirib ki, nağd ödənişlərin böyük hissəsini dərman vasitələrinə sərf olunan pullar təşkil edir:
"Bunu nəzərə alaraq artıq gələn ildən etibarən ambulator dərman vasitələrinin icbari tibbi sığorta çərçivəsində təmin edilməsi nəzərdə tutulub. Hazırda həmin qərarın tətbiqi üçün qaydaların üzərində işlənilir".
Məhərrəm Əliyev
Chosen
15
oxu.az

1Sources