EN

Səhiyyə Nazirliyi: 2025-ci ildə tibb müəssisələrinin yeni qaydalarla akkreditasiyası mərkəzi fəaliyyətə başlayacaq

"Tibb müəssisələrinin akkreditasiyası ilə bağlı noyabr ayında müvafiq mərkəz yaradılıb, artıq ştat formalaşdırılır, bu istiqamətdə müvafiq işlər görülür".

APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirinin panel müzakirəsində deyib.

O bildirib ki, təsdiq olunan tibb müəssisələrinin akkreditasiya qaydalarının dəyişdirilməsi gündəmdə idi və artıq bu layihə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim olunub:


"Layihənin təkmilləşdirilməsindən sonra önümüzdəki ildə - 2025-ci ildə tibb müəssisələrinin yeni qaydalarla akkreditasiyası mərkəzi fəaliyyətə başlayacaq".

Chosen
40
2
apa.az

3Sources