EN

Azərbaycan idmançısı Əbu-Dabidə 7 medal qazandı

Azərbaycan üzgüçüsü Yeqor Maynitskiy Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən beynəlxalq yarışda 7 medal qazanıb.

Fanat.Az xəbər verir ki, idmançı öz yaşıdları arasında yarışın ən yaxşısı seçilib.

14 yaşlı üzgüçü turnirdə 50, 100 və 200 m məsafələrə brass üsulunda üzməkdə bütün rəqiblərini üstələyib.

Bundan başqa, Maynitski 200 m məsəfə üzrə qarışıq üsulda da finişə hamıdan birinci çatıb. O, 400 m məsafəyə qarışıq və 50 m məsafəyə sərbəst üsulda üzməkdə ikinci olub.

İdmançı kəpənək üsulunda 50 m məsafə üzrə üçüncü yerdə qərarlaşıb.

Beləliklə, Maynitski ümumilikdə 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.



Qeyd edək ki, turnir dekabrın 14-16-da keçirilib.

Chosen
19
5
fanat.az

7Sources