EN

Anar Bağırov: Son illərdə vəkillərin sayı 3 dəfə artıb

Azərbaycanda 2500-dən çox hüquqşünas vəkil kimi fəaliyyət göstərir.

Son altı ildə 14-cü dəfədir ki, Vəkillər Kollegiyasına yazılı test imtahanı keçirilir. İndiyə qədər 5500-ə yaxın hüquqşünas vəkilliyə qəbul imtahanında iştirak edib. Onlardan 1800-ü uğur əldə edib və bu gün vəkil kimi fəaliyyət göstərirlər.

"Operativ Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının Rəyasət Heyətin sədri Anar Bağırov deyib. Onun sözlərinə görə, son illər ölkəmizdə vəkillik peşəsinə böyük maraq var: “Gənc hüquqşünaslar, bir qayda olaraq, vəkil olmağı arzulayırlar, kütləvi şəkildə vəkilliyə sənəd verirlər.

Aparılan işlərin nəticəsidir ki, ölkədə vəkillərin sayı son illər ərzində 3 dəfə artıb. 2500-dən çox hüquqşünas vəkil kimi fəaliyyət göstərir. Bundan sonra da ildən-ilə vəkillərin sayı artacaq, Azərbaycan Respublikası vətəndaşlarının hüquqi yardıma əlçatanlığı təmin olunacaq”.

Chosen
21
operativmedia.az

1Sources